İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubuna zərbə ENDİRDİ
İsrail Hərbi Hava Qüvvələri əhalini əvvəlcədən xəbərdar etmədən Beyrutun cənub ətraf ərazilərinə yeni zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl Markazia” xəbər agentliyi məlumat yayıb.
Zərbələr Şiə Hizbullah hərəkatının silahlı qanadının komandirlərindən biri olan Xəlil Hərbın öldürüldüyü Əl-Madi məhəlləsi və stadionu hədəf alıb. Zərbənin nəticələri barədə hələ məlumat yoxdur.
Səhər tezdən İsrailin Beyrutun cənubundakı Haret Hreik məhəlləsinə basqını zamanı isə Hizbullahın Müqavimətə Sədaqət parlament fraksiyasının rəhbəri və hərəkatın baş katibinin müavini Məhəmməd Raad öldürülüb.
Aminə ŞAHSUVARQIZI












