"Nüvə obyektlərinə qarşı yönəlmiş heç bir ciddi hərbi fəaliyyət görməmişik"
Beynəlxalq Atom Enerjisi Agentliyi Yaxın Şərqdəki gərginlik fonunda nüvə obyektlərini hədəf alan heç bir hərbi fəaliyyət qeydə almayıb.
Redaktor.az xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bu barədə agentliyin baş direktoru Rafael Qrossi Vyanada keçirilən mətbuat konfransında bildirib.
Qrossi vurğulayıb: “Biz əvvəllər dediklərimin üzərində dururuq. Nüvə obyektlərinə qarşı yönəlmiş heç bir ciddi hərbi fəaliyyət görməmişik”.
Aminə ŞAHSUVARQIZI












