Zaxarova İrandakı Rusiya səfirliyinin işçilərinin vəziyyəti barədə DANIŞDI
"ABŞ və İsrailin İrana hücumları zamanı Tehrandakı Rusiya səfirliyinin heç bir əməkdaşı xəsarət almayıb".
Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib: “İşçilər arasında itki olmayıb”.
Xatırladaq ki, fevralın 28-i səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində hücumları Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbr”lə əlaqələndirib.
Aminə ŞAHSUVARQIZI












