Ukrayna İran dronlarının məhv edilməsində müttəfiqlərinə yardım etməyə hazırdır

 16:11 02.03.2026     378

Ukrayna müttəfiqlərinə İran dronlarının məhv edilməsi ilə bağlı hərbi təcrübəsini bölüşməyə hazırdır. 

Redaktor.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bizim hərbçilərimizin təcrübəsinə gəlincə — bəli. Dron operatorlarımız və hava hücumundan müdafiə (HHM) qüvvələrimizlə bağlı məlumat bölüşməyə hazırıq. Tərəfdaşlarımız bizə gələ bilərlər, bu istiqamətdə əməkdaşlığı davam etdirə bilərik”, — deyə Zelenski vurğulayıb.

O qeyd edib ki, buna baxmayaraq, xarici tərəfdaşlardan heç biri indiyədək birbaşa Ukraynaya müraciət edərək yardım istəməyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən