"Ermənistanın İranla sərhədi bağlanıb" - İran səfiri
İran-Ərmanistan sərhədi texniki səbəblərdən bir gün bağlanıb.
Redaktor.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Yerevanda keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan-İran sərhədi texniki problemlər səbəbindən 24 saatlıq bağlanıb.
Səfir qeyd edib: "Orada fəaliyyət göstərən sistemlərdəki problemlər səbəbindən iki sərhədimiz 24 saatlıq bağlandı. Onlardan biri Ermənistanla sərhəddir".
Aminə ŞAHSUVARQIZI












