Kanada və Hindistan münasibətlərinin inkişafında yeni bir mərhələ elan etdilər
Kanada və Hindistan strateji tərəfdaşlığı dərinləşdirir.
Redaktor.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 2 martda Kanadanın Baş naziri Mark Karni və Hindistanın Baş naziri Narendra Modi Dehlidə görüşərək Hindistan-Kanada strateji tərəfdaşlığı və ticarət və investisiya sahəsində əməkdaşlığı müzakirə ediblər.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Modi Karninin Hindistana səfərini və tərəfdaşlığın artan səviyyəsini yüksək qiymətləndirib.
O bildirib ki, "biz həmçinin ticarət həcminin 2030-cu ilə qədər 50 milyard dollara çatdırılmasını və ən qısa müddətdə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinin bağlanmasını müzakirə etdik".
Modi Hindistan və Kanadanın texnologiya və innovasiya sahəsində təbii tərəfdaşlar olduğunu da vurğulayıb.
Aminə ŞAHSUVARQIZI












