İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı ARTDI
ABŞ və İsrailin İrana hücumlarının başlanmasından sonra daha bir amerikalı əsgər ölüb.
Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da, Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı 4 nəfərə çatıb.
Yaralanan hərbçilərinin sayı isə 18-ə çatıb.
Qeyd edək ki, ötən gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) üç amerikalı hərbçinin öldüyünü və beşinin ağır yaralandığını açıqlamışdı.












