İsrail Beyrutu bombalamağa BAŞLADI
Livanın paytaxtı Beyrutda güclü partlayışlar eşidilir, şəhərin üzərində nəhəng tüstü burumları yüksəlir.
Redaktor.az bu barədə "Əl-Cəzirə"yə istinadla xəbər verir.
Qeyd edək ki, daha öncə İsrail Müdafiə Ordusu Livanın bütün ərazisində "Hizbullah"ın mövqelərinə silsilə hava zərbələrinin endirildiyini elan edib.
"Ordu bütün Livan ərazisində "Hizbullah"ın hədəflərinə zərbələr endirməyə başlayıb. Daha ətraflı məlumat sonra təqdim ediləcək", - məlumatda qeyd olunub.












