İspaniya ABŞ-yə hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə VERMƏDİ
İspaniya ABŞ-yə öz hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib.
Redaktor.az “Reuters“ə istinadla xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, ölkəsi ABŞ-nin İrana qarşı hücumları üçün öz hərbi bazalarını istifadə etməyə icazə verməyəcək.
Nazir İrana qarşı hücumları pisləyib.
“İspaniya bazaları bu əməliyyatda istifadə edilmir. Onlar heç bir zaman ABŞ-la razılaşmada nəzərdə tutulmayan və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olmayan hər hansı bir əməliyyat üçün istifadə edilməyəcək”, – XİN rəhbəri qeyd edib.












