"İran 50 Şimali Koreyaya bərabərdir" - Netanyahu

 08:57 03.03.2026     193

“Şimali Koreyanı heç kim dayandıra bilmədi və indi onun nüvə silahları və ballistik raketləri var. İran 50 Şimali Koreya kimidir. O, ABŞ-ın məhvinə sadiqdir. Prezident Tramp bu reallığı başa düşür”.

Redaktor.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

O eyni zamanda İsrailin İrana hücumunun sürətli və qətiyyətli olduğunu, onun uzun sürən münaqişəyə çevrilməyəcəyini bildirib.

"Bu müharibə sonsuz olmayacaq. Bu, sürətli və qətiyyətli əməliyyat olacaq", - Netanyahu deyib.

Vumart və Güvən reklamı Vumart Güvən