"İran ABŞ-nin uranın zənginləşdirilməsini 10 il müddətinə dayandırmaq təklifini rədd edib"

 09:23 03.03.2026     215

ABŞ Prezidentinin xüsusi nümayəndəsi İranla aparılan danışıqlarla bağlı yeni açıqlama verib.

Redaktor.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof "Fox News"a müsahibəsində Amerika nümayəndə heyətinin İrana uranın zənginləşdirilməsinin 10 illik dondurulmasını təklif etdiyini bildirib.

“Biz onlarla zənginləşdirmədən tamamilə imtina etmək üçün on illik müddət müzakirə etdik və yanacağın pulunu ödəyəcəyik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, rəsmi İran bu ideyanı tamamilə rədd edib. Bu səbəbdən artıq danışıqların ikinci mərhələsində tərəflərin razılığa gələ bilməyəcəyi aydın olub.

Uitkof əlavə edib ki, Amerika nümayəndə heyəti üçüncü görüşə yalnız Tehrana son bir şans vermək məqsədilə qayıdıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən