ABŞ-nin Ər-Riyaddakı səfirliyində yanğın baş verdi - VİDEO

 09:38 03.03.2026     442

İranın hücumu ilə bağlı yayılan məlumatlardan sonra Ər-Riyaddakı ABŞ səfirliyində baş verən yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb.

Redaktor.az xəbər verir ki, İsrail televiziya kanalları məlumat yayıb.

RT-nin məlumatına görə, yayılan video əslində Amerika diplomatik nümayəndəliyinə hücumu deyil, yol-nəqliyyat hadisəsinin nəticələrini əks etdirir.

Bundan əvvəl "Reuters" agentliyi 3 mart səhər saatlarında səfirliyin ərazisində güclü partlayış səsinin eşidildiyini və daha sonra binanın üzərində alovların müşahidə edildiyini bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən