İranın nüvə obyektindəki binalar zədələndi - Peyk GÖRÜNTÜLƏRİ
ABŞ və İsrailin hücumları nəticəsində İranın Natanz şəhərində yerləşən nüvə obyektinə ziyan dəydiyi bildirilir.
Redaktor.az xəbər verir ki, CNN peyk görüntülərinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ-İsrail hücumlarından sonra Natanz şəhərindəki nüvə obyektində bir neçə bina zədələnib.

Məlumata görə, sözügedən tikililər işçilər və nəqliyyat vasitələri üçün yeraltı qurğulara giriş nöqtəsi kimi istifadə oluna bilərdi.
Dünən MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, agentlik Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, İranın heç bir nüvə obyektində ziyan və ya hücum əlaməti qeydə almayıb.
Aminə ŞAHSUVARQIZI












