"Amerika silah-sursatının çox hissəsi ABŞ-dən kənarda saxlanılır" - Tramp

 10:00 03.03.2026     267

ABŞ Prezidenti Donald Tramp ölkənin hərbi sursat ehtiyatları ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Donald Trump sosial media platforması "Truth Social"da paylaşım edərək Amerika sursatlarının böyük hissəsinin ABŞ-dən kənarda yerləşən ölkələrdə saxlanıldığını bildirib.

ABŞ lideri yazıb: “Uzaq ölkələrdə bizim üçün çoxlu sayda əlavə yüksək keyfiyyətli silah saxlanılır”.

Bundan əvvəl CNN ABŞ ordusunun İrana qarşı əməliyyat zamanı raket ehtiyatlarının tükəndiyini iddia etmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən