"ABŞ İranla ikinci görüşdə heç bir razılaşma olmayacağını başa düşdü"
ABŞ-İran danışıqlarının ikinci mərhələsi nəticəsində tərəflərin razılığa gələ bilmədiyi açıqlanıb.
Redaktor.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News"a müsahibəsində bildirib ki, amerikalı danışıqçılar Vaşinqton və İran arasında razılığın mümkün olmadığını anladıqlarını qeyd ediblər.
Uitkoff bildirib: “Biz onlarla ədalətli bir razılaşma əldə etməyə çalışdıq. İkinci görüşün sonunda bunun mümkün olmadığı bəlli oldu. Lakin biz üçüncü görüşə onlara yenidən cəhd etmək üçün gəldik”.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başlamazdan əvvəl ABŞ İranla danışıqlar zamanı nüvə yanacağının pulsuz tədarükü müqabilində 10 il müddətinə uranın zənginləşdirilməsindən imtina etməyi təklif etmişdi, lakin Tehran bu təklifi rədd edib.
Uitkoff həmçinin əlavə edib ki, İranın danışıqçıları uranı zənginləşdirmək üçün ayrılmaz hüququnun olduğunu bildiriblər. İlk görüşdə isə İran tərəfi qeyd edib ki, onlar 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqram urana malikdir və bu materialdan 11 nüvə bombası hazırlamaq mümkündür.
Aminə ŞAHSUVARQIZI












