İranın Hərbi Dəniz Qüvvələrindən mülki şəxslərin hədəfə alınması ilə bağlı XƏBƏRDARLIQ

 11:47 03.03.2026     323

İran Qızıl Aypara Cəmiyyəti ABŞ-İsrail hərbi hücumları ilə bağlı xəbərdarlıq yayıb.

Redaktor.az xəbər verir ki, "Tasnim News Agency"nin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, sionist rejimi və ABŞ İran vətəndaşlarına qarşı qəddar hücumlarını artıraraq, itkiləri maksimum dərəcədə artırmaq üçün ikiqat partlayıcı hava zərbələri endiriblər.

İranın Xilasetmə Xidmətinin sözçüsü Mojtaba Xaledi bildirib ki, rejimin bombardmanı beynəlxalq hüquq və insan hüquqlarını pozur və 153 şəhərdəki xilasetmə qrupları dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xaledi həmçinin vurğulayıb ki, sionist rejimin məktəblər də daxil olmaqla mülki infrastrukturu hədəf alması insan həyatına etinasızlığını göstərir: “Biz ABŞ-nin dəstəklədiyi sionist təcavüzkarlar tərəfindən əvvəldən saysız-hesabsız insan haqları pozuntularını sənədləşdirdik. Minabda isə 165-dən çox şagird soyuqqanlılıqla şəhid olub”.

O, mülki şəxsləri hücum yerlərində toplaşmamağa çağıraraq xəbərdarlıq edib ki, “sionist rejim ikinci dəfə partlatmaq üçün nəzərdə tutulmuş ikiqat partlayıcı maddələrdən istifadə edir ki, bu da xilasedicilər və ətrafdakılar üçün ölümcül təhlükə yaradır”.

Xaledi əlavə edib: “Düşmən xalqımıza maksimum zərər vurmaq üçün hər cür taktikadan istifadə edir. İctimaiyyətdən xahiş edirik: bombalanan ərazilərə tələsməyin. Partlayışdan sonrakı ilk anlar ən təhlükəlidir, çünki bəzi sursatlar yenidən partlayacaq şəkildə proqramlaşdırılıb.”

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən