"İrana kimin nəzarət etdiyi tezliklə məlum olacaq" - Tramp
ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatlarla bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, "NewsNation"a müsahibəsində bildirib ki, İrana kimin nəzarət etdiyi tezliklə məlum olacaq. Tramp suala cavab olaraq “Çox tezliklə öyrənəcəksiniz” deyib.
ABŞ Prezidentinin sözlərinə görə, İranda quru əməliyyatına çox güman ehtiyac olmayacaq: “Biz onlara çox böyük ziyan vururuq”.
O əlavə edib ki, Amerika obyektlərinə və ya ərazisinə mümkün hücumlardan narahat deyil:
“Bu, müharibənin bir hissəsidir. İnsanların xoşuna gəlsə də, gəlməsə də, vəziyyət belədir”.
Tramp həmçinin əməliyyatın məqsədlərinə çatmağın zaman məsələsi olduğunu vurğulayıb:
“Mən çox şey bilirəm və onlara nə vaxt nail olacağımı mütləq biləcəyəm. Və bu, artıq çox yaxındır”.
Aminə ŞAHSUVARQIZI












