İsrail İran Dövlət Televiziya və Radio Yayımları Şirkətinin binasına zərbələr ENDİRDİ
İsrail Müdafiə Qüvvələri İranın dövlət yayım mərkəzinə zərbə endirib.
Redaktor.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri özünün teleqram kanalında açıqlama yayıb.
Bəyanatda deyilir: “Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İran terrorçu rejiminin rabitə mərkəzinə zərbə endirib”.
İsrail Müdafiə Qüvvələri bildirir ki, mərkəz İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyası tərəfindən həm təbliğat fəaliyyəti, həm də mülki aktivlər adı altında hərbi fəaliyyətlərin təşviqi üçün istifadə edilib. Ordu iddia edir ki, mərkəzdə keçirilən bütün fəaliyyətlər İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyi altında həyata keçirilib.
Bəyanatda əlavə olunur: “İran Yayım Təşkilatı uzun illərdir ki, İsrail Dövlətinin məhv edilməsinə və nüvə silahlarından istifadəyə çağırır. IDF Tehran boyunca İran rejiminin infrastrukturunu hədəf almağa davam edəcək”.
Aminə ŞAHSUVARQIZI












