"Növbəti mərhələ İran üçün indi yaşadığımızdan daha qəddar olacaq" - Rubio

 12:38 03.03.2026     306

ABŞ Dövlət Katibi İranla danışıqların olmadığını və əməliyyatların davam etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Marko Rubio jurnalistlərlə söhbətində bildirib ki, hazırda İranla heç bir danışıqlar aparılmır və ölkə güclü hücumlara məruz qalmaqdadır.

ABŞ Dövlət Departamenti Rubionun sözlərinə istinad edərək qeyd edir ki, “hazırda heç bir danışıqlar aparılmır. Hökumətlərdə həmişə əlaqə qurmağa çalışan insanlar çalışır, amma onların buna səlahiyyəti olub-olmadığı bəlli deyil. Taktiki hərəkətlərimizin təfərrüatlarını açıqlamayacağam, amma Amerika ordusunun ən ağır zərbələri hələ qabaqdadır. Növbəti mərhələ İran üçün indi yaşadığımızdan daha qəddar olacaq… Məqsədlərimiz var. Bunlara çatmaq üçün lazım olduğu qədər bunu edəcəyik”.

Rubio bildirib ki, ABŞ əməliyyatının məqsədi İranın qısa mənzilli ballistik raketləri və donanmasının yaratdığı təhlükəni aradan qaldırmaqdır. Bundan əlavə, ABŞ İranın nüvə silahları hazırlamaq üçün kifayət qədər güclü olmamasını təmin etmək məqsədilə onun raket potensialını məhv etməyə çalışır.

O əlavə edib ki, ABŞ İsrailin hücuma hazırlaşdığını bildiyi üçün İrana qarşı qabaqlayıcı zərbə endirib və bu, İranın bölgədəki ABŞ qüvvələrinə zərbə endirməsinə və daha çox itkiyə səbəb olacaq.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən