Hindistan Rusiyadan neft alışını artırmağı düşünür

 12:43 03.03.2026     337

Hindistan Rusiyadan enerji tədarükünü artırmağı nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, TASS-ın məlumatına görə, Yaxın Şərqdəki münaqişə fonunda ölkə bir neçə variantı qiymətləndirir. Bu, İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən idarə olunan Hörmüz boğazı vasitəsilə Fars körfəzi ölkələrindən Hindistana karbohidrogen tədarükü marşrutlarının riskləri ilə bağlıdır.

Bildirilib ki, qlobal təchizatla bağlı çətinliklər ABŞ-nin mövqeyini yumşalda və Hindistan şirkətlərinə Rusiyadan neft almaq üçün daha çox imkanlar verə bilər.

“The Economic Times” qəzetinin yazdığına görə, Rusiya yenidən Hindistanın enerji təhlükəsizliyinin əsas mənbəyinə çevrilə və kritik enerji logistika vəziyyətini dəyişdirməyə kömək edə bilər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən