ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini DAYANDIRDI

 12:53 03.03.2026     324

ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik feysbuk səhifəsində açıqlama yayıb:

“Regionda davam edən gərgin vəziyyət səbəbindən ABŞ-nin Küveytdəki səfirliyi növbəti xəbərdarlığa qədər bağlı olacaq. Bütün planlaşdırılan və təcili konsulluq görüşləri ləğv edilir”.

Səfirlik bildirib ki, fəaliyyət bərpa olunanda ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, martın 1-də İranın Küveytdəki mülki limanındakı müvəqqəti əməliyyat mərkəzinə birbaşa hücum nəticəsində amerikalı hərbçilər həlak olub və ABŞ Mərkəzi Komandanlığı ölənlərin sayını altıya çatdırıb.

CNN-in məlumatına görə, ABŞ-nin Ər-Riyad şəhərindəki səfirliyi də iki dron hücumundan sonra konsulluq xidmətlərini dayandırıb. Ölən və ya yaralananlar barədə məlumat verilmir. Daha əvvəl Səudiyyə Ərəbistanı ordusu Ər-Riyad və krallığın mərkəzi hissəsindəki Əl-Xərc yaxınlığında səkkiz dronu ələ keçirdiyini bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən