Pakistan və Əfqanıstan arasında toqquşmalar davam EDİR
Əfqanıstan-Pakistan sərhədində toqquşmalar davam edir.
Redaktor.az xəbər verir ki, "France 24" telekanalı bildirib ki, Kabil paytaxtında çoxsaylı partlayışlar və silah səsləri eşidilib.
Kabildən başqa, şərqdəki Cəlalabad şəhərində də partlayış səsləri qeydə alınıb. Əfqanıstan Müdafiə Nazirliyi Pakistan qüvvələri ilə toqquşmaların davam etdiyini bildirir. Torxam şəhərində döyüşlər bir neçə gündür davam edir.
"France 24"ün məlumatına görə, son toqquşmalarda hər iki tərəfdən 70-dən çox insan həlak olub. BMT-nin Əfqanıstandakı missiyası bildirir ki, fevralın 26-dan bəri gərginlik nəticəsində ən azı 42 mülki şəxs ölüb, 104 nəfər yaralanıb.
İslamabad iddia edir ki, Kabil Pakistanda hücumlar həyata keçirən yaraqlılara sığınacaq verir. Əfqanıstana hakim olan Taliban isə bu iddiaları rədd edir.
Aminə ŞAHSUVARQIZI












