"Rusiya suveren dövlətlərə hörmət prinsiplərinə sadiqdir" - Peskov
Rusiya ABŞ-nin beynəlxalq siyasətdəki hərəkətlərini tənqid edib.
Redaktor.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dövlətlərin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmamaq da daxil olmaqla, beynəlxalq hüquq prinsiplərinə sadiqdir.
Peskov bu açıqlamanı ABŞ-nin Kubaya qarşı iddiaları və Venesuela ilə İrana qarşı hərəkətləri kontekstində verib. Qeyd olunur ki, bir gün əvvəl Respublikaçı senator Lindsi Qraham ABŞ-nin İrandan sonra növbəti hədəfinin Kuba olacağını bildirmişdi.
Aminə ŞAHSUVARQIZI












