Kremldən İranla bağlı ABŞ-yə üstüörtülü MESAJ
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdəki münaqişənin Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara təsiri barədə sualı cavablandırıb.
Redaktor.az xəbər verir ki, Kreml sözçüsü bildirib:
“Zaman göstərəcək. Hələlik heç bir göstərici yoxdur. Aydındır ki, amerikalı nümayəndələrin bu günlərdə daha çox işi var”.
Qeyd edək ki, hazırda ABŞ İsraillə birgə İrana qarşı müharibə aparır.
Aminə ŞAHSUVARQIZI












