Putin ərəb liderlərilə İranla bağlı danışıqlar aparacaq

 14:39 03.03.2026     277

Ərəb liderləri Putinlə İranla bağlı narahatlıqlarını bölüşüblər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı demək olar ki, bütün ərəb liderləri Rusiya Prezidenti Vladimir Putindən İran infrastrukturuna edilən zərbələrlə bağlı narahatlıqlarını çatdırmasını istəyiblər.

Peskov Putinin İranla digər Yaxın Şərq ölkələrinin rəhbərləri arasında vasitəçi rolunu oynayıb-oynamadığı barədə suala cavabında konkret qiymətləndirmə verməyib.

Qeyd edək ki, martın 2-də Putin BƏƏ Prezidenti, Qətər əmiri, Bəhreyn kralı və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışığı aparıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən