Beynəlxalq Atom Enerjisi Agentliyi Nətənzdəki yeraltı zavodun zədələnməsini TƏSDİQLƏDİ
Nətənzdəki uran zənginləşdirmə zavodu zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) məlumat yayıb.
Agentliyin açıqlamasında bildirilib ki, ən son peyk görüntülərinə əsasən İranın Nətənz şəhərində yerləşən yeraltı yanacaq zənginləşdirmə zavodunun üstündəki giriş strukturlarına ziyan dəyib.
IAEA əlavə edib ki, 2025-ci ilin iyun ayında ABŞ zərbələrinə məruz qalan obyekt yeni hücumlardan əlavə zərər görməyib və hər hansı radioloji nəticə gözlənilmir.
Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-dən etibarən İrana zərbələr endirir, İran isə cavab olaraq bölgədəki İsrail və ABŞ hərbi bazalarını və enerji obyektlərini hədəf alır.
Aminə ŞAHSUVARQIZI












