Səudiyyə Ərəbistanı İranın Ər-Riyaddakı ABŞ səfirliyinə hücumunu pislədi

 16:19 03.03.2026     339

Səudiyyə Ərəbistanı İranın Ər-Riyaddakı ABŞ səfirliyinə hücumunu qətiyyətlə pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi krallığın cavab tədbirləri də daxil olmaqla, bütün zəruri addımları atmaq hüququnu özündə saxladığını bəyan edib.

“X” sosial şəbəkəsində dərc olunmuş açıqlamada deyilir: “Səudiyyə Ərəbistanı Krallığı İranın Ər-Riyaddakı ABŞ səfirliyinə hücumunu ən sərt şəkildə pisləyir və rədd edir”.

Nazirlik bildirib ki, Tehranın hücumları Ər-Riyadın öz hava məkanından və ərazisindən İrana qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyinə dair verdiyi vədlərə baxmayaraq baş verib.

Açıqlamada krallığın “təhlükəsizliyini, ərazi bütövlüyünü, vətəndaşlarını, sakinlərini və həyati maraqlarını, o cümlədən təcavüzə cavab vermək qabiliyyətini qorumaq üçün bütün zəruri tədbirləri görmək” hüququ bir daha təsdiqlənib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən