İsrail ölkələri İranla əlaqələri kəsməyə ÇAĞIRDI
İsrail bütün dünya ölkələrini İranla əlaqələri kəsməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Israel Ministry of Foreign Affairs" məlumat yayıb.
Məlumata görə, İsrailin Xarici İşlər naziri Gideon Saar bildirib ki, Yaxın Şərqdə gərginlik fonunda dünya İranla əlaqələrini kəsməlidir.
Nazir səfirlərə deyib: “İran bütün qonşularına hücum etdikdən və öz xalqını qətlə yetirdikdən sonra dünya ölkələri onunla əlaqələrini kəsməyə məcburdurlar”.
Saar əlavə edib: “İsrail məhv olmaq təhlükəsi altında yaşamağa hazır deyil, necə ki, dünyanın heç bir ölkəsi buna hazır deyil”.
Aminə ŞAHSUVARQIZI












