"Ukrayna cəmiyyəti “istənilən ssenariyə” hazırlaşmalıdır" - Zelenski

 17:40 03.03.2026     240

Ukrayna gələn qışa hazırlıq işlərini gücləndirir.

Redaktor.az xəbər verir ki, bu barədə Volodimir Zelenski özünün teleqram kanalında məlumat yayıb.

Zelenski bildirib ki, Kiyev ötən qışa hazır deyildi və gələn il Ukrayna cəmiyyəti “istənilən ssenariyə” hazırlaşmalıdır. O, əlavə edib: “Bu qış təcrübəsi sonrakı qərarlar üçün əsas təşkil edəcək, yəni infrastrukturun, logistikanın və əsas enerji obyektlərinin mühafizəsinin gücləndirilməsi, Rusiya hücumlarından sonra obyektlərin bərpası və əlavə enerji tutumunun təmin edilməsi”.

Prezidentin sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik Şurası Kiyev istisna olmaqla, “bütün Ukrayna regionları üçün dayanıqlılıq planlarını” təsdiqləyib və sənədlərin hazırlanması üçün əlavə vaxt verilib.

Zelenski vurğulayıb: “Növbəti qışa hazırlaşmalı və hər bir tapşırığı yerinə yetirməliyik. Hər bir şəhər, hər bir Ukrayna icması gələn qışın istənilən ssenarisinə hazır olmalı və xalqa həqiqi dəstək göstərməlidir. Ukrayna hökuməti, xüsusən Müdafiə Nazirliyi və Ukrayna Hərbi Hava Qüvvələri lazımi tapşırıqları alıb və regionlara hazırlıqda kömək edəcək”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən