Livanda “Hizbullah”ın silahlı üzvləri SAXLANILDI

 20:47 03.03.2026     324

Livanın hərbi qüvvələri hökumət tərəfindən tətbiq edilən təhlükəsizlik tədbirləri çərçivəsində 12 silahlı “Hizbullah” üzvünü saxlayıb.

Redaktor.az  bu haqda "LBCI" telekanalına istinadən xəbər verir.

Məlumata görə, döyüşçülər müqavimət göstərməyiblər. Hadisə Sayda şəhərinin yaxınlığındakı postda baş verib.

Martın 2-də Livan hökuməti “Hizbullah”ın hərbi fəaliyyətinə qadağa qoyub və onun silahlı qanadını qanunsuz elan edib. Bu qərar, Sarafand rayonundan İsrailin şimalındakı yaşayış məntəqələrinə atəş açılmasından sonra verilib. Bu hücum Livanın cənubunda yeni hərbi gərginliyə səbəb olub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən