"Tanqo üçün iki nəfər lazımdır və onlar anlaşmalıdırlar" - Tramp Rusiya-Ukrayna müharibəsindən DANIŞDI
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı çıxış edərək bildirib ki, Moskva və Kiyev arasında dialoq mütləq davam etdirilməlidir. Onun fikrincə, münaqişənin nizamlanmasına yalnız bu yolla nail olmaq mümkündür.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
“Tanqo üçün iki nəfər lazımdır və onlar (Rusiya və Ukrayna) anlaşmalıdırlar. Onların danışmaq imkanı olmalıdır”, – deyə Tramp Almaniya kansleri Fridrix Merts ilə görüşü zamanı bildirib. O əlavə edib ki, münaqişədə vasitəçilərə isə yalnız “əllərindən gələni etmək” qalır.
ABŞ Prezidenti vurğulayıb ki, Moskva və Kiyev arasında güclü qarşılıqlı nifrət razılaşmanın əldə olunmasına mane olur və bu, hər iki tərəf üçün mənfi haldır.
Tramp daha əvvəl də bəyan edib ki, Ukraynadakı münaqişənin nizamlanması onun prioritetləri siyahısında çox yüksək yerdədir.
Xədicə BAXIŞLI












