ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini ölüb - SEPAH

 00:30 04.03.2026     333

Fevralın 28-dən bəri ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl İranın Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin birgə hərbi əməliyyatı başlayandan bəri 787 nəfərin həlak olduğu və 504 obyektə 1 039 zərbə endirildiyi barədə məlumat verib.

Vumart və Güvən reklamı Vumart Güvən