Tramp dəniz ticarətinin sığorta xərclərini əlçatan EDİR
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyin artması fonunda dəniz ticarətinin sığorta xərclərini əlçatan etmək qərarı verib.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Trampın sözlərinə görə, o, ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasına (DFC) Fars körfəzindən keçən bütün dəniz ticarətini “çox münasib qiymətə” sığortalamağı tapşırıb. Prezident bildirib ki, bu imkan bütün gəmiçilik şirkətləri üçün açıq olacaq və qərar dərhal qüvvəyə minir.
Aytəkin TOFİQQIZI












