İran sahillərində tankerlərin hərəkət etdiyi bildirilir
Hörmüz boğazından keçən tanker sayı azalıb, İİKK hədələr səsləndirib
Redaktor.az xəbər verir ki, bu barədə CNN S&P Global Commodities at Sea şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, martın 2-də İran yaxınlığındakı Hörmüz boğazından cəmi iki tanker keçib. Qeyd olunur ki, martın 1-də boğazdan neft və kimyəvi maddələr daşıyan beş tanker keçmişdi.
Məlumata görə, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından keçməyə cəhd edən istənilən tankeri məhv etməklə hədələyib.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.
Aminə ŞAHSUVARQIZI












