ABŞ hökumətinin bəzi işçilərinə Kiprdən çıxmağa icazə VERİLDİ

 09:31 04.03.2026     405

ABŞ bəzi hökumət işçilərinə Kipri tərk etməyə icazə verib

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin adadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən bəzi Amerika hökumət işçilərinə və onların ailə üzvlərinə Kiprdən çıxmağa icazə verib.

Diplomatik missiyanın rəsmi veb saytında dərc olunmuş açıqlamada qeyd olunub ki, icazə fövqəladə hallarla əlaqəli olmayan fəaliyyətləri yerinə yetirən ABŞ hökumət işçilərinə şamil edilir.

Həmçinin bildirilib ki, ABŞ hökumət işçilərinin ailə üzvləri də ölkəni könüllü şəkildə tərk edə bilərlər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən