ABŞ daha bir ölkədə əməliyyata BAŞLADI

 09:35 04.03.2026     469

ABŞ və Ekvador hərbi qüvvələri narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Cənub Komandanlığı məlumat verib.

"Martın 3-də ABŞ və Ekvador qüvvələri Ekvadorda terror təşkilatları kimi tanınan qruplara qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar tərəfdaşlarımızın Latın Amerikası və Karib dənizində narkoterrorizm bəlası ilə mübarizə aparmaq öhdəliyinin əla nümunəsidir", - deyə komandanlığın "X" səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Venesuela, Kolumbiya və Meksikada da narkotik kartellərinə qarşı əməliyyat keçirib.

Vumart və Güvən reklamı Vumart Güvən