"Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşularsa..." - İran XİN

 10:23 04.03.2026     293

İran Avropa ölkələrini ABŞ və İsrailin əməliyyatına qoşulmamağa çağırıb.

Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi sözçüsü İsmail Bəqai "Gulf News"a verdiyi açıqlamada bildirib ki, əgər Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşularsa, Tehran bunu “təcavüzkarlara kömək” və müharibə aktı kimi qiymətləndirəcək.

Bəqai Almaniya, Britaniya və Fransa liderlərinin İranın raket və dron buraxma qabiliyyətini məhv etmək üçün “hərbi müdafiə tədbirləri” görə biləcəkləri barədə birgə bəyanatına da münasibət bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: “Bu, müharibə aktı olardı. İrana qarşı hər hansı belə bir hərəkət təcavüzkarlara kömək etmək və İrana qarşı müharibə aktı kimi qiymətləndiriləcək”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən