Yaxın Şərq münaqişəsində həlak olanların SAYI

 11:56 04.03.2026     248

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində 870-dən çox insan həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar və İranın bölgədəki hədəflərinə qarşı cavab zərbələri nəticəsində ölənlərin böyük əksəriyyəti iranlılardır.

Qurbanlar arasında Bəhreyn, İsrail, Küveyt, Livan, BƏƏ vətəndaşları və altı Amerika əsgəri də var. Martın 3-də İran ölkədə ölənlərin sayının 787-yə çatdığını açıqlayıb. Onların arasında Ali Rəhbər Əli Xamenei də daxil olmaqla onlarla yüksək vəzifəli məmur və hərbçi var idi. Livan isə 50 nəfərin öldüyünü bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən