Belçika Fransaya nüvə silahlı təyyarələr üçün hava bazaları verə bilər

 13:28 04.03.2026     221

Belçika Fransa tərəfindən təklif olunan nüvə silahından çəkindirmə layihəsinə qoşula bilər.

Redaktor.az xəbər verir ki, Belçikanın xarici işlər naziri Maksim Prevost RTL-ə verdiyi müsahibədə bildirib ki, “Prezident Makron tərəfindən təklif edilən və nəticədə Belçika da daxil olmaqla digər Avropa ölkələrinə tətbiq etmək niyyətində olan Fransanın nüvə qalxanı konsepsiyası mənə yaxşı fikir kimi görünür”.

Prevost əlavə edib ki, Avropa “çoxdandır ki, ABŞ-nin müdafiə çətirinə güvənib” və indi öz müdafiəsini gücləndirməlidir. Praktikada bu, nüvə silahı ilə təchiz olunmuş Fransa təyyarələrinin Belçika hava bazalarından istifadə edə biləcəyi anlamına gələ bilər.

Xarici İşlər Nazirinin sözlərinə görə, məqsəd münaqişəni alovlandırmaq deyil, onu cilovlamaqdır.

Vumart və Güvən reklamı Vumart Güvən