"Cənab Tramp diplomatiyaya və onu seçən amerikalılara xəyanət edib" - Əraqçi
İran ABŞ-nin nüvə danışıqlarındakı gözləntilərini qeyri-real sayır.
Redaktor.az-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın “real olmayan gözləntilərinin” İranın nüvə məsələsi ilə bağlı danışıqların pozulmasına səbəb olduğunu bildirib.
Əraqçi X sosial media səhifəsində yazıb: “Mürəkkəb nüvə danışıqlarına daşınmaz əmlak sövdələşməsi kimi yanaşıldıqda və böyük yalanlar reallığı buludlaşdırdıqda, qeyri-real gözləntilər heç vaxt qarşılanmayacaq”.
O əlavə edib: “Nəticə? Danışıqlar masasının qisas bombardmanı.”
Əraqçi yekun olaraq vurğulayıb ki, “Cənab Tramp diplomatiyaya və onu seçən amerikalılara xəyanət edib.”
Aminə ŞAHSUVARQIZI












