Zaxarova Yaxın Şərqdəki Rusiya vətəndaşlarının sayını AÇIQLADI

 14:59 04.03.2026     170

Yaxın Şərqdə təxminən 50 min rusiyalı turist var.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda Yaxın Şərqdə təxminən 50 min rusiyalı turist qalır.

Diplomat əlavə edib ki, BƏƏ və Qətərdəki hava limanlarından tranzit uçuşların dayandırılması səbəbindən 6-8 min rusiyalı Asiya və Afrika ölkələrini tərk edə bilmir.

Bundan əvvəl Rusiyanın Tehrandakı səfirliyi bəyan etmişdi ki, İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiya vətəndaşları İslam Respublikasının Azərbaycan, Ermənistan və Türkmənistanla sərhədlərini keçməkdə davam edirlər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən