İranın hücumları nəticəsində 7 ABŞ hərbi obyektinə ziyan dəyib - KİV

 15:03 04.03.2026     173

İranın zərbələri nəticəsində Yaxın Şərqdə ABŞ-ın bir neçə hərbi obyektinə ziyan dəyib.

Redaktor.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

Məlumata görə, peyk fotoları və video görüntülər İranın zərbələri nəticəsində Yaxın Şərqdə ən azı yeddi ABŞ hərbi obyektinə ziyan dəydiyini göstərir.

Nəşrin yazdığına görə, 28 fevraldan 2 martadək İran bölgədəki ən azı yeddi ABŞ hərbi obyektinin rabitə sistemləri və radar qurğularının yerləşdiyi və ya onlara yaxın ərazilərə zərbələr endirib. NYT qeyd edir ki, məlumatların məxfi xarakter daşıması hansı konkret Amerika sistemlərinin zədələndiyini müəyyənləşdirməyi çətinləşdirir. Bununla belə, qəzet hədəflərin xarakterinin İranın ABŞ hərbi rabitəsini və koordinasiyasını pozmağa çalışdığını vurğulayır.

Qəzetin məlumatına əsasən, İranın raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına da ciddi ziyan dəyib. BƏƏ-dəki Amerika hərbi obyektlərinin də zərər gördüyü bildirilir. Martın 1-də BƏƏ-nin Ər-Ruvais şəhəri yaxınlığındakı hərbi obyektdə çəkilmiş fotolarda bir neçə tikilinin zədələndiyi əks olunub.

Öz növbəsində, CNN İranın Yaxın Şərqdə doqquz Amerika hərbi obyektinə zərbələr endirdiyini iddia edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən