BƏƏ, Qətər və Küveyt hücum dalğasına qarşı müdafiə sistemlərini gücləndirir

 16:26 04.03.2026     439

BƏƏ, Qətər və Küveyt İran hücumlarının yeni dalğasına qarşı tədbirlər görür.

Redaktor.az xəbər verir ki, hücum məlumatları Səudiyyə Ərəbistanında yerləşən "New York Times" müxbiri tərəfindən toplanıb.

Bildirilib ki, 4 martda BƏƏ Müdafiə Nazirliyi 121 dron və üç ballistik raketi ələ keçirib, əlavə olaraq səkkiz dron ölkə ərazisinə düşüb. Qətər 10 İran dronunun və iki qanadlı raketin ələ keçirildiyini açıqlayıb. Küveyt ordusu isə raket və dron hücumlarının yeni dalğasına qarşı fəal şəkildə mübarizə apardığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən