Lavrov İraqlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə ETDİ
Rusiya Xarici İşlər naziri Sergey Lavrov İraqlı həmkarı Fuad Hüseyn ilə telefon danışığı apararaq Yaxın Şərqdəki gərginliyi müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Görüş zamanı diplomatlar İran ətrafındakı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlərin sözlərinə görə, münaqişə tərəfləri mümkün qədər tez bir zamanda hərbi əməliyyatları dayandırmalı və siyasi-diplomatik razılaşmaya qayıtmalıdırlar.
Aminə ŞAHSUVARQIZI












