"Yaxın Şərqə əlavə qırıcı və bombardmançı təyyarələr gələcək"
Pentaqon katibi Pit Heqset Yaxın Şərqə əlavə qırıcı və bombardmançı təyyarələrin gəldiyini, eləcə də İrana qarşı əməliyyatların intensivləşdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, oun sözlərini RİA Novosti agentliyi sitat gətirib.
"Heç bir maneə olmadan hava məkanına tam nəzarət etməklə daha çox bombardmançı və qırıcı təyyarə gələcək", - deyə o bildirib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bredli Kuper açıqlayıb ki, Amerika ordusu bir sualtı qayıq da daxil olmaqla 17 İran gəmisini məhv edib.
Aminə ŞAHSUVARQIZI












