ABŞ İranın dərinliklərinə zərbələr endirməyə BAŞLADI

 17:48 04.03.2026     188

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, ABŞ İran ərazisinin "daha dərinliyinə" zərbələr endirməyə başlayacaq.

Redaktor.az xəbər verir ki, TASS məlumat yayıb.

"Biz ardıcıl olaraq daha dərindən zərbələr endirəcəyik və bu da Amerika qüvvələrinə əlavə manevr azadlığı təmin edəcək", - deyə o qeyd edib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bredli Kuper açıqlayıb ki, Amerika ordusu bir sualtı qayıq da daxil olmaqla 17 İran gəmisini məhv edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən