İranın daxilinə doğru irəliləməyə başlayırıq - ABŞ-nin Baş Qərargah Rəisi

 19:05 04.03.2026     277

İranın indiyədək 20-dən çox hərbi gəmisi, çoxlu sayda raket və pilotsuz uçuş aparatları məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kane brifinqdə bildirib.

Onun sözlərinə görə, İranın ballistik raket atışlarında son sutkada 23% azalma qeydə alınıb.

“Onların kamikadze dronlarının hücumu isə ilk günlərlə müqayisədə 73% azalıb”, - o bildirib.

Dan Kane müharibənin getdikcə genişləndiyi qeyd edib: “İndi biz daxilə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.

General ABŞ-nin İrana qarşı müharibədə 6 hərbçisini itirdiyini xatırladıb.

Vumart və Güvən reklamı Vumart Güvən