Qətər XİN rəhbəri Əraqçi ilə İranın raket zərbələrini müzakirə ETDİ

 21:52 04.03.2026     570

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Qətər XİN-in açıqlamasına görə, İran, raket zərbələrinin Qətərin deyil, ABŞ-ın maraqlarına qarşı yönəldiyini bildirib.

Doha bu iddiaları rədd edərək, hücumların mülki ərazilərə və ölkənin infrastrukturuna təsir etdiyini və Qətərin suverenliyinin pozulması olduğunu bildirib.

Sonra Baş nazir ölkənin özünümüdafiə hüququnun olduğunu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən