Aİ ABŞ-nin İrana qarşı addımlarına etiraz etməsə etimadını itirə bilər

 09:30 05.03.2026     233

ABŞ-nin İrana qarşı hərbi addımlarına dəstək göstərilməsi Avropa İttifaqını Ukrayna məsələsində çətin vəziyyətə sala bilər. 

Redaktor.az bu haqda "Politico" nəşrinə istinadla məlumat verir.

Nəşrin məlumatına görə, avropalı rəsmilərdən biri bu məsələdə Avropa liderlərinin İspaniyanın mövqeyini nümunə götürəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Avropa ölkələri beynəlxalq hüququn və qaydalara əsaslanan dünya nizamının qorunmasını istəyirlərsə, ABŞ-nin addımları ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edə bilməlidirlər.

O vurğulayıb ki, əgər Avropa ABŞ-nin İrana qarşı müharibəsinə etiraz edə bilməsə, Ukrayna münaqişəsində təsir imkanları zəifləyə bilər.

“Əgər Avropa ABŞ-nin İranla müharibəsinə etiraz etmirsə, Ukrayna münaqişəsində hansı təsir rıçaqlarımız olacaq? Bu halda biz etimadı itirə bilərik”, – deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən