"ABŞ və İsrail İranın hərbi əməliyyatları və müqavimətindən təəccüblənirlər"

 10:38 05.03.2026     183

İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri Həmid Rza Müqəddəmfər bildirib ki, İsrail və ABŞ İranın hərbi əməliyyatlarının miqyası və xalqın dözümlülüyü qarşısında tamamilə təəccübləniblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Həmid Rza Müqəddəmfər “Əl-Cəzirə”yə açıqlamasında ABŞ və İsrailin İran İslam Respublikasına qarşı təcavüz etdikdən sonra məqsədlərinə çata bilmədiklərini bildirib.

O əlavə edib ki, Ayətullah Seyid Əli Xameneinin öldürülməsi, məktəb şagirdlərinə hücumlar və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi cinayətlərə baxmayaraq, təcavüzkarlar planlarına nail ola bilməyiblər.

Müqəddəmfər İranın cavab zərbələrinin miqyası və xalqın dözümlülüyünün düşmənləri təəccübləndirdiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, düşmənlər İranın kütləvi raket və pilotsuz təyyarə hücumları nəticəsində müdafiə və hücum avadanlıqlarının çatışmazlığı ilə üzləşsələr də, ölkə uzunmüddətli müharibə üçün tam təchiz olunub və zaman keçdikcə hərbi nailiyyətlər əldə edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən